Tarif Şurası reaktiv mühərrik yanacağının qiymətinə yenidən baxdı

Tarif Şurası reaktiv mühərrik yanacağının qiymətinə yenidən baxdı
20:42 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda Dövlət Neft Şirkətinin soba mazutu və reaktiv mühərrik yanacağının qiymətinə yenidən baxılması barədə müraciəti, ölkə daxilində istehsal olunan reaktiv mühərrik yanacağının əsas hissəsinin "Azərbaycan Hava Yolları" QSC tərəfindən istifadə olunduğu və beynəlxalq uçuşlarda xarici aviaşirkətlərin tariflərinə uyğun daşıma tariflərinin tətbiq edildiyi nəzərə alınaraq, reaktiv mühərrik yanacağının qiyməti 550 manat/ton, soba mazutunun qiyməti təbii qazın yeni qiymətinə ekvivalent olaraq 240 manat/ton səviyyəsində müəyyənləşdirilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR