Putinlə Ruhani telefonla danışdı

Putinlə Ruhani telefonla danışdı
00:13 29 Noyabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.

“Tərəflər iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, o cümlədən ticarət və iqtisadi sahədə birgə prioritet layihələri, dünya karbohidrogen bazarlarında addımların əlaqələndirilməsini və Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər”, məlumatda deyilir.

İki ölkə lideri həmçinin avqustun 8-də Bakıda imzalanmış müqavilələrin həyata keçirilməsini nəzərdən keçirib.

Xatırladaq ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün sonunda Bakı bəyannaməsi imzalanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR