Lənətlənmiş əşyalar, ölən adamın fotosu və heykəl önündə şəkil çəkdirmək - ÖZÜNÜZÜ QORUYUN -FOTOLAR

Lənətlənmiş əşyalar, ölən adamın fotosu və heykəl önündə şəkil çəkdirmək - ÖZÜNÜZÜ QORUYUN -FOTOLAR
14:03 29 Noyabr 2016
153 Digər
Ölkə mətbuatı
A- A+

İstifadə etdiyimiz əşyaların bizim energetikamıza, sağlamlığımıza və əhvalımıza necə təsir etdiyindən çoxları xəbərsizdir.

Cansız əşya insana necə ziyan verə bilər? Onların nə şüuru, nə də əli-ayağı var, onlar insan kürəyinə bıçaq sanca, yeməyinə zəhər qata və yaxud da insanı infarkt dərəcəsinə çatdira bilməz. Bəzi əşyaların həyatımıza təhlükə yarada biləcəyinə çox zaman uydurma kimi baxırıq. Amma çox nahaq!

İstənilən əşyanın öz energetikası var, daha doğrusu energetik informasiya daşıyıcısıdır. Bu hazırlandığı materialdan, onu yaradandan və sahibindən asılıdır. Əşyalar üzərində ən çox onu yaradıcısı energetik informasiya izi qoyur. Əgər müəllif əşyanı yaradarkən sağalmayan xəstəliyi olubsa, yaxını ölübsə və ya sadəcə əhvalı bərbad olubsa onda bu əşya mənfi enerji ilə yüklənəcək. Bu enerjini isə çox zaman təmizləmək olmur.

Sevgi ilə hazırlanan əşyalar isə özündə güclü müsbət enerji toplayır və sahiblərinə uğur gətirir. Siz onu əlinizə götürən kimi dərhal əhvalınız yaxşılaşır. Kütləvi istehsal zamanı əşyanın energetikası neytral olur. Həmin əşyaya yalnız ilk sahibi və sonrakı sahibləri təsir edə bilər.

1939-cu ildə alim ailəsi Semen və Valentina Kirlian nəinki canlı, hətta cansız əşyalarında enerji sahələrinin olduğunu sübut edən cihaz ixtira edirlər. Bu cihazın sayəsində sahələr kontakta keçən zaman bir-birində energetik izlərin qoyduqları aşkarlanıb.

Bu gün bu nəzəriyyəni bioenergetiklər öz praktikalarında istifadə edirlər. Onlar iddia edirlər ki, insanın bio sahəsi ilə tez-tez ünsiyyətdə olan əşyalar, sahibinin taleyini, arzularını və emosiyalarını özlərinə çəkib, daha sonra başqalarına ötürə bilərlər.

Ölü insanın əşyaları təhlükə saçır...

Bioenergetiklər ölən insanların və nəsildən-nəslə keçən əşyalarla xüsusi davranmaq lazım olduğunu bildirir.

Mərhumun bədəni ilə kontakta olmuş və ya ölümünə şahid olmuş əşya, xüsusən də saat və bəzək əşyası başqası üçün təhlükədir. Və əgər əvvəlki əşyanın sahibi ölərkən əziyyət çəkibsə bu əşyanı evinizdən təcili uzaqlaşdırın.

Yəhudilərin ölülərdən qalan əşyalarla bağlı sərt qaydaları var. Onlar iddia edirlər ki, insan öləndən 30 gün ərzində onu əşyasına əl dəymək olmaz. Çünki insanın ruhu bu vaxt ərzində canlılar arasında gəzişir və onun əşyalarına toxunmağı o, neqativ hadisə kimi qəbul edə bilər.

Xristianlar düşünürlər ki, ölünün ruhu ilk 3 gün ərzində bədənin yanında olur, daha sonra isə o, biri dünyaya keçir. İslamda isə ölünün ruhu bədən dəfn olunana kimi canlılar arasında olur.

Bütün dinlər insanın ölümündən sonra dərhal əşyalara toxunmağın düzgün olmadığı deyir. Bir müddət sonra mərhumun əşyalarını qohumlara, imkansız ailələr paylamaq olar. Ancaq yəhudilərdə belə deyil. Onlar düşünürlər ki, hər şeyi paylamaq olar, ayaqqabıdan başqa. Ayaqqabını mütləq atmaq lazımdır.

Bionergetiklər bunu belə izah edirlər: İnsanın bütün mənfi enerjisi daban vasitəsilə çıxır və ayaqqabıda yığışıb qalır. Bu ayaqqabını bir başqası geyinərsə, öncəki sahibinin həyatından baş verən uğursuzluqları, xəstəlikləri həmin adama keçir. Buna görə canlı insanın ayaqqabısını belə geyinməkdən çəkinin.

Ölmüş insana aid talisman və dini kitabları saxlamaq da təhlükəlidir. Bundan imtina etsəniz daha yaxşıdır.

Nəsildən-nəsilə keçən kitablar da özün də müəyyən informasiya daşıyır. Nəsilə yad bir kəs belə kitabı əlinə götürdükdə, o, həmin nəslin yolunu davam etdirir. Yəni nəsildə baş vermiş yaxşı və pis hadisələrin onun da başına gələ biləcəyi ehtimalı var. Əgər yeni sahib buna razılıq verirsə, o, mütləq qəbiristanlığa gedib, mərhumdan kitaba sahiblənmək üçün icazə almalıdır.

Əntiqçilərin sirli ölümü..

Orijinal və gözəl əşyalar bəzən insanda xoşa gəlməz hisslər yaradır. Onlara baxarkən nədənsə insanı kədər boğur. Belə əşyaları ələ götürən insan soyuqluq və özgəlik hiss edir. Bax bu cür əşyalardan qurtulmaq lazımdır. Ən yaxşı variant isə, onları tullayın.

Köhnə və əntiq əşyaları sevənlər xüsusi ilə ehtiyatlı olmalıdırlar. Çünki əntiq əşyalar çox zaman müharibələr, inqilablar, ailə faciələrinin, qanlı cinayətlərin şahidi olur, bəzən isə bu hadisələrlə bir başa əlaqədə olurlar. Qaranlıq keçmişi olan əşyalar yeni sahiblərinə çox vaxt uğursuzluq gətirir, ailədə və biznesdə problem yaradır. Sağlamlığın pisləşməsinə, hətta ölümə belə yol açır.

1991-95-ci illərdə qərb mətbuatı əntiqçilər arasında 20-dən çox insanın dəli olduğunu və 50-dən çox naməlum ölüm hadisələri qeydə alıb. Bu siyahı 1991-ci ildə San-Fransisko şəhərindən olan əntiqçi Malkolm Ceffersonun özünü asması ilə başlayır. Ondan sonra ABŞ-da 7 əntiqçi naməlum şəkildə vəfat edir.

Sirli intihar epidemiyası və qəribə ölümlər Avropanı bürüyür. İngiltərədə 1992-1994-ci illərdə 17 əntiqçi, İspaniyada 4 il ərzində 10, Fransada 16, Almaniyada isə 10 əntiqçi həyatı ilə vidalaşıb. Jurnalistlər bunu “Cefferson virusu” adlandırıblar.

Ola bilsin ki, belə kütləvi intihar arxeoloqlar tərəfindən tapılan, güclü lənətlənmiş əşya ilə bağlıdır. Fərziyyələrə görə bu tapıntı bir neçə əşyadan ibarət idi. Və əldən ələ keçərək, sahibini ölümünə aparırdı.

Bir neçə sahib dəyişmiş, ikinci əl paltarlar

Heç vaxt xərçəng, şəkər və başqa ciddi xəstəliklərə tutulmuş insanın əşyalarını istifadə etməyin. Bəzi ekstrasenslər deyir ki, onların əşyalar üzərində qoyduğu mənfi energetikanı təmizləmək mümkündür, ancaq riskə getməsəniz daha yaxşı olar.

İkinci əl mağazalardan aldığınız geyim və əşyalar ölmüş insanlara məxsus ola bilər. Əgər sizin energetik sahəniz zəifdirsə, o zaman ölmüş şəxslərin əşyalarından istifadə etməyin. Siz bunu etdiyiniz halda həmin xəstəliklə bağlı informasiyanı öz energetikanıza köçürə bilərsiniz.

Sizə neqativ hisslərlə yanaşan insanlardan aldığınız hədiyyələri evdə saxlamaq məsləhət deyil. Onları ya atmaq ya da başqa mağaza təhvil vermək lazımdır. Ancaq qətiyyən onları doğmalarınıza verməyin.

Qırıq çatlamış əşyalar.. Ən sevimli fincanınız olsa belə ondan dərhal qurtulun!

Yəqin çoxlarınız eşidib, evdə sınmış və ya çatlamış əşya saxlamaq olmaz. Ola bilər ki, həmin əşya çox bahalıdır və ya sizin üçün mənəvi dəyəri vardır, yenə də bioenergetiklər həmin əşyanı atmağı məsləhət görür. Niyə?

Əşya üzərində olan çat və ya yamaq insanın həyatından olan yaxşı enerjini, həyat sevincini tozsoran kimi sovuraraq, yerində boşluq və sıxıntı buraxır. Uğursuzluqlar isə elə buradan başlayır.

Məsələ ondadır ki, deşik, çat, qırıqlar özündə xoşagəlməz energetikanı saxlayır. Məsələn, insanlar lap keçmişdə şeytan olduğunu düşünərək quyu və yarğanlardan həmişə yan keçərdilər. Bu əşyalara da aid idi. Əgər evdə sınıq, sökük, yamaqlı əşya varsa bu evin mühitinə da təsir edəcək və evin sakinlərinin sağlıq və psixikasını mənfilərlə yükləyəcək.

Köhnə əşyanı bərpa etmək olar və heç kəs bunu görməyəcək. Ancaq heç kəsin gözünə görünməyən pis enerji yamaqlanmış çatın altında qalacaq. Siz nəyisə təmir etməklə ondan gələn pis enerjidən qurtulmursunuz.

Yeri gəlmişkən, sonuncu rus İmperatoru Nikolay II yamaqlı paltar geyinməyi adət halına gətirmişdi. O, bununla heç kəsdən fərqlənmədiyini göstərmək istəyirdi. Bildiyimiz kimi onun həyat yolu faciə ilə bitdi. Ailəsi ilə birlikdə yaşadıqları evin zirzəmisində güllələndi.

Çanta və pul kisəsinin açılıb bağlanan hissəsi xarab olduqda onu dərhal zibil qutusuna atın. Əks halda çantanıza qoyduğunuz bütün pullar uçub gedəcək, gəliriniz isə azalacaq.

Çatlamış güzgünü isə ümumiyyətlə evdə saxlamaq olmaz? Qorxulu filmlərdəki güzgü ilə bağlı hadisələri yada salın. Hər halda siz qara qüvvələrin əsirinə çevrilmək istəməzsiniz?!

Bəzi əşyalardan istifadə etməyi unuduruq. Hətta vaxtı ikən ən sevdiyimiz əşya olsa belə. Əgər biz bir əşyanı bir ildən artıq istifadə etmiriksə, həmin əşya bizdən küsərək mənfi enerji toplayır. Bu halda ancaq bir məsləhət vermək olar. Ya əşyalarınızı vaxtında istifadə edin, onları küsdürməyin, ya da o əşyalardan bir dəfəlik uzaq durun. Çünki bir zaman sevdiyiniz əşya sizə zərər verə bilər. İnsanlar kimi...

Siyahı davam edir...

Qış və payız fəsilləri, müharibə, vəhşi heyvan və ya acıqlı bir insanın üz ifadəsi əks olunan şəkilləri evdə saxlamamağınız məsləhətdir. Bunlar evin sakinlərinə aqressiya ötürərək, dava-dalaşa səbəb olur.

Yuxarıda ölən şəxslərin əşyalarından danışdıq. Bəs siz bilirdiniz ki, onların rəsmlərini canlı insanların rəsmləri ilə birlikdə saxlamaq olmaz? Divardan asmaq isə sizin üçün lap təhlükəli ola bilər. Odur ki, mümkün dərəcə həmin şəkilləri evin ən qaranlıq yerində saxlayasınız. Çünki, onlar evinizə ölüm gətirə bilər.

Heykəl və büstlərin önündə şəkil çəkdirməyiniz məsləhət deyil. Yox əgər belə bir hadisə baş veribsə, o zaman bu şəkilləri yandırmağınız daha yaxşı olar. Çünki heykəlləri və büstləri çox vaxt söyür və qarğışlayırlar. Bu qarğışların sizə keçməsini istəmirsinizsə, bu tip məkanlarda şəkil çəkdirməkdən imtina edin. Əzik, qüsuru olan şəkilləri də evdə saxlamaq məsləhət deyil.

Evinizi bəzədiyiniz heyvan kəllələri və müqəvvalar sizə və doğmalarınıza bədbəxtlik gətirə bilər. Hətta dənizdən gətirdiyiniz balaca balıq qulağı da sizə ziyan verə bilər.

Gördüyünüz hər yaşıl bitkini evinizdə saxlamaq düzgün deyil. Məsələn sarmaşıq, ala bəzək bənövşə, palma. Bunlar evə söz-söhbət sala biləcək bitkilərdi.

Süpürgələri isə tez-tez dəyişmək lazımdır. Çünki onların üzərində evin bütün mənfi enerjisi toplanıb. Onu saxlayaraq siz evdən ruzi bərəkəti qaçırırsınız.

Bioenergetiklər evimizdə hətta köhnə qəzet və butulkaları da saxlamağı məsləhət görmür. Bunun kasıblığın əlaməti olduğunu düşünürlər.

Ümumiyyətlə evinizdə nə qədər az əşya olarsa, həyatınız bir o qədər uğurlu olacaq. Çalışın yaşadığınız evi əşya və enerji ilə yükləməyəsiniz. Ən əsası isə evinizi və üst-başınızı həmişə təmiz saxlayın.

Mələk Heydərova







Xəbərin orijinal ünvanı: http://publika.az/projects/sirlimelek/177781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR