BTQ-nın Türkiyə hissəsindəki işlər tezliklə başa çatdırılacaq

BTQ-nın Türkiyə hissəsindəki işlər tezliklə başa çatdırılacaq
20:34 29 Noyabr 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan ilə görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları» mətbuat katibliyindən Lent.az-a verilən xəbərə görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Dəmir  Yolunda həyata keçirilən islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısına gələcəkdə dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. Bildirib ki, bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər.

 

İkitərəfli görüşdə həmçinin Türkiyə və Azərbaycan ölkələrinin dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması və digər məsələlər müzakirə olunub.

 

Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti haqqında danışıb. O, bildirib ki, layıhənin Türkiyə hissəsindəki işlər son mərhələdədir, qısa müddətdə başa çatdırılacaq və bununla da dəmir yolu vasitəsilə  Çindən Avropaya birbaşa əlaqə qurulacaq.

 

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR