Prezident təyyarəsində nasazlıq

Prezident təyyarəsində nasazlıq
21:24 1 Dekabr 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

Vrotslav hava limanında eniş zamanı Polşa prezidenti Anjey Dudanın təyyarəsində texniki nasazlıq baş verib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İsveçə rəsmi səfərdən qayıdan prezident ötən gün “Rudna” şaxtasında qəza nəticəsində ölən 6 mədənçini yad etmək üçün Vrotslava getməyi qərara alıb. Təyyarənin göyərtəsində prezidenti səfər zamanı müşayiət edən jurnalistlər də olub.       

 

“Radio Wrocław”ın məlumatına görə, eniş zamanı “təyyarənin kompüter sistemi”ndə nasazlıq yaranıb. İnsident zamanı xəsarət alan olmayıb. Anjey Dudanın artıq faciənin baş verdiyi şaxtaya baş çəkdiyi bildirilir. Onun jurnalistlərlə birlikdə Varşavaya başqa təyyarə ilə yola düşəcəyi qeyd olunur. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR