Boşandıqlarını İnstaqramdan elan etdi

Boşandıqlarını İnstaqramdan elan etdi
11:16 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni və aktrisa Hülya Avşarın bacısı Helin Avşar iş adamı Serhan Boradan boşanır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir aylıq tanışlıqdan sonra keçən il evlənən cütlük problemləri ilə tez-tez gündəmə gəliblər. Bir neçə dəfə küsüb barışan tərəflər evliliklərini bitirmək qərarı veriblər.

H.Avşar bu barədə İnstaqramda açıqlama yayıb:

"Digər evliliklər kimi məqsədli bir münasibətimiz olmadığı halda bu gün bu nöqtəyə gəldik. Razılaşaraq boşanırıq. İkimizin də yolu açıq olsun. Hər zaman hörmət edəcəyəm. Haqqımızda xeyirlisi olsun. Salamatla yollarımızı ayırırıq".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR