Çexiya parlamentinin vitse-spikeri və sənaye naziri Bakıya gələcəklər

Çexiya parlamentinin vitse-spikeri və sənaye naziri Bakıya gələcəklər
12:12 2 Dekabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Çexiya parlamentinin vitse-spikeri Voytex Filip Bakıya gələcək.

Milli.Az xəbər verir ki, Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Trend-ə bildirib ki, o, GUAM Parlament Assambleyasının işində iştirak edəcək.

Diplomatın sözlərinə görə, səfər 14-16 dekabr tarixlərində baş tutacaq.

V.Pivonka qeyd edib ki, fevralın əvvəlində Bakıda hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Bununla əlaqədar Çexiyanın sənaye və ticarət naziri Yan Mladek Azərbaycana səfər edəcək:

"Biz Azərbaycan və Çexiya Energetika nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum hazırlamışıq. Yekun sənəd hazırdır. Gələn ilin əvvəlində iki ölkənin energetika nazirləri tərəfindən bu sənədin imzalanacağı gözlənilir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR