BP Bakı Ali Neft Məktəbinə kitab kolleksiyası hədiyyə edib

BP Bakı Ali Neft Məktəbinə kitab kolleksiyası hədiyyə edib
12:12 2 Dekabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ BP Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasına kitab kolleksiyası hədiyyə edib. 
Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Kolleksiya riyaziyyat, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, ingilis dilinin qrammatikası, bədii ədəbiyyat və soraq materiallarından ibarətdir.
Ali Məktəbdən bildirilib ki, BP kimi şirkətlərdən daxil olan hədiyyələr kitabxanaya maddi və mənəvi dəstək olmaqla, BANM-in tədris, elm, o cümlədən mədəniyyət mərkəzi funksiyasını yerinə yetirməsinə yardımçı olur: "BP-nin bu addımını Ali Məktəbin 5 illik yubileyi ərəfəsində kitabxana kolleksiyasının inkişafına etdikləri töhfə kimi qiymətləndirən BANM-in rəhbərliyi BP şirkətinə xüsusi minnətdarlıq bildirib".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bp-baki-ali-neft-mektebine-kitab-kolleksiyasi-hediyye-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR