Azərbaycan banklarında depozit və kreditlərin dollarlaşması azalıb

Azərbaycan banklarında depozit və kreditlərin dollarlaşması azalıb
17:57 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Noyabrın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətinin dollarla yerləşdirilmiş hissəsi 81,15% təşkil edib. Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 
Xatırladaq ki, oktyabrın 1-də bu göstərici 81,75%, ilin əvvəlində 85%, 1 il bundan əvvəl isə 75,97% olub. 
Bu ilin oktyabr ayının sonuna cəmi depozit bazasında dollarlaşmanın səviyyəsi 75,5% təşkil edib. Bu göstərici sentyabrın sonuna 78,64%, ilin əvvəlinə 81,6%, 1 il bundan əvvəl isə 74,84% olub.
Noyabrın 1-nə kreditlərin strukturunda dollarla verilmiş borcların payı 46,21% təşkil edib. Bu göstərici oktyabrın 1-nə 47,29%, ilin əvvəlində 49,4%, 1 il bundan əvvəl isə 39,23% təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-banklarinda-depozit-ve-kreditlerin-dollarlasmasi-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR