Tramp telefon danışığından yazdı

Tramp telefon danışığından yazdı
08:12 3 Dekabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Tayvan administrasiyasının rəhbəri Tsay İnven ilə apardığı telefon danışığından yazıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə D.Tramp özünün "Tvitter" səhifəsində yazıb.
 
"Bu gün Tayvan prezidenti xanım İnven zəng edərək qələbə  münasibəti ilə məni təbrik etdi. Təşəkkür edirəm!", Tramp qeyd edib.
 
"The New York Times" qəzetinin məlumatına görə Donald Tramp Tayvan administrasiyasının rəhbəri ilə telefon danışığını Ağ Evlə razılaşdırmayıb.
 
"Bu, rəsmi Vaşinqtonla Pekin arasında münasibətlərə xələl gətirə bilər", qəzetə Obama administrasiyasındakı mənbə bildirib. Qəzet xatırladır ki, 1979-cu ildən etibarən ABŞ-ın fəaliyyətdə olan və yaxud yeni seçilən prezidenti Tayvan rəhbərləri ilə ünsiyyət qurmayıb.
 
Buna cavab olaraq D.Tramp "Tvitterdə" yazıb: "Çox maraqlıdır. ABŞ Tayvana milyardlarla dollar məbləğində hərbi texnika satır. Mən isə telefon zəngini qəbul edə bilmərəm".
 
CNN telekanalının xəbərinə görə, rəsmi Pekin adıçəkilən telefon danışığı ilə əlaqədar artıq Ağ Evlə əlaqə saxlayıb.
Sosial səhifələrd

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR