“Qəbələ”-“Qarabağ” matçına kəskin REAKSİYA: Şübhəli fikirlər yaradır - RƏYLƏR

“Qəbələ”-“Qarabağ” matçına kəskin REAKSİYA: Şübhəli fikirlər yaradır - RƏYLƏR
16:58 3 Dekabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Topaz Premyer Liqasının XIII turu “Qəbələ”-“Qarabağ” oyunundakı nəticə və hakimi qərarları idman cameəsində müzakirə olunmaqdadır.

“Qarabağ”a 2:1 hesabı ilə məğlub olan “Qəbələ” ilk dəfə liderliyi əldən verdi. Lakin “Qəbələ” rəhbərliyinin fikrincə, bu nəticəyə səbəb hakimlərin bərbad idarəçiliyi olub. Müzakirələr zamanı bəlli olub ki, ekspertlər komandanın bu fikirlərini haqq qazandırır.

Publika.az bu qalmaqallı matçla bağlı tanınmış simaların fikirlərini öyrənib:

“Bu hakimləri korlar komitəsindən yığırlar”

Картинки по запросу elnur əşrəfoğlu

İdman jurnalisti Elnur Əşrəfoğlu haqsızlığın inkaredilməz olduğunu deyir: “Həmin oyunda penaltinin olması müzakirə edilə bilər. Elə hakimlər var ki, onu penalti kimi qəbul edirlər. Amma top əvvəl oyunçunun üzünə, sonra əlinə dəyir. Hətta penalti qərarı ilə razılaşsaq belə, ikinci qol şübhəlidir. Çünki hakim tərəfindən oyun vaxtına 4 dəqiqə əlavə edilmişdi, ikinci qol 98-ci dəqiqədə vuruldu. Buna haqq qazandırmaq olmaz. Hakim birinci qoldan sonra oyunu bitirsəydi, bu qədər səs-küy, narazılıq yaranmazdı. Bu vaxta qədər oyuna istər yerli, istərsə də xarici hakimlər münasibət bildirib və onların 90%-i həmin epizodda penalti olmadığını deyir”.

Jurnalist hesab edir ki, oxşar hadisə xarici ölkədə baş versəydi, həmin hakimin karyerası məhv olardı: “Azərbaycanda hakimə bu səhvinə görə, bir neçə oyun uzaqlaşdırma verilə bilər, ancaq beynəlxalq oyunlarda bu hallar bağışlanmır. Ona görə də hakimlərimiz daim öz üzərində işləməlidir. Bəzən “hakim səhvi, hərəkəti görmədi” deyə ədalət təmsilçilərinin səhvlərinə haqq qazandırmağa çalışırlar. Bu hakimləri korlar komitəsindən yığırlar ki, o epizodu görmür? “Hakimdir, o da səhv edə bilər” ifadəsini işlədə bilərlər. Amma görmədi, demək olmaz. Çünki hakimin işi hər bir epizodu görməkdir, o epizoda ən yaxın məsafədə olmalıdır. 100 hadisədən 1-ni görməmək olar, amma 99-nu görməmək düzgün deyil. Ona görə də bizdə tez-tez belə etirazlara rast gəlirik. Nə qədər ki, hakimlər diqqətli olmayacaq, üzərində işləməyəcək, belə hallar yaşanacaq. Çünki hakimin “görməməsi” hər hansı komandanın taleyini həll edir”.

“Futbolumuz haqqında şübhəli fikirlər yarana bilər”

Картинки по запросу fazil mustafa

Beynəlxalq səviyyədə Azərbaycana müsbət imic qazandıran komandaların oyununda belə qərarların qəbul edilməsinin mənfi rəy yaratdığını deyən millət vəkili Fazil Mustafa bunun qabiliyyətsizlikdən qaynaqlanan addım olduğunu düşünür: “Ölkəmizin idman həyatında da hər iki komanda mühüm yer tutur. Bu komandalardan hər hansına qarşı haqsız qərar, cəmiyyətdə etirazlara səbəb olmalıdır. Oyunu izləmişəm, həqiqətən də hakim çox səviyyəsiz matç idarə etdi. Hakimin bunu “Qarabağ” komandasına kömək üçün etdiyini güman etmirəm. Bu daha çox bacarıqsızlıqdan irəli gələn addımdır. Burada başqa məqamlar varsa, hakimlər bunu araşdırmalıdır. Əks halda futbolumuz haqqında şübhəli fikirlər yarana bilər. Fikrimcə, hakimin bu davranışı futbolumuza ciddi zərbə vurdu. Belə idarəetmə olmaz. Hakim seçilərkən profesionallıqla yanaşı, obyektiv olmasına, doğru qərarlar qəbul etməsinə də fikir vermək lazımdır. Penalti kimi, oyunun vaxtının uzadılmağı da ədalətsiz yanaşma idi”.

Millət vəkili hesab edir ki, hakimin bu davranışı hər iki komandaya da zərbə vurub.

“Bu qərarın nə üçün verildiyini yalnız hakim özü bilir”

Картинки по запросу Vaqif sadıxov

AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov hakimin oyunun gərginliyi üzündən başını itirdiyini düşünür: “Qəbələ”-“Qarabağ” oyununu ilk dəqiqədən sona qədər böyük maraqla izlədim. Çox gərgin bir oyun gedirdi. Belə oyunlarda səhvlər ola bilər. 11 metrlik cərimə zərbəsi qərarı səhvlərin başlanğıcı idi. Bu gün məsələnin ictimaiyyətdə müzakirə edilməsi də məhz həmin qərarla bağlıdır. Hesab edirəm ki, həmin oyunda 11 metrlik cəriməyə ehtiyac yox idi. Hadisələrin gedişatı göstərdi ki, baş hakim idarəetməni itirib. Hər şey 86-cı dəqiqədən başladı. Bu qərarın nə üçün verildiyini yalnız hakim özü bilir. Onun qərəzli olub-olmadığını hakimin öz vicdanına buraxmaq lazımdır”.

Gülxar Şərif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/178380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR