İnstaqram-ın ən çox bəyənilən şəxsi odur - FOTO

İnstaqram-ın ən çox bəyənilən şəxsi odur - FOTO
18:12 3 Dekabr 2016
153 Dünya
Ölkə mətbuatı
A- A+

2016 ili bitərkən şəkil paylaşım platforması İnstaqram-da ən çox bəyənilən 5 paylaşımın da tək bir adama aid olduğu hardasa dəqiqləşdi. Bəs bu məşhur şəxs kimdir?

Milli.Az technote.az-a istinadən xəbər verir ki, 24 yaşlı məşhur müğənni Selena Gomez 103 milyon izləyicisi və bol-bol bəyənmə alan paylaşımları ilə İnstaqramın ən məşhur adlarının başında gəlir. Gomez sosial mediada 14 həftəlik bir fasilə verməsinə baxmayaraq paylaşdığı şəkillərlə ən çox bəyənilən paylaşımların sahibi ünvanını aldı. 

Platformanın ən çox bəyənilən ilk 5 paylaşımına sahib olan məşhurdan sonrakı ən çox izləyicisi olan adlar isə belə sıralanır: 93.6 milyon  izləyicisi ilə Taylor Swift, 88.9  milyon izləyicisi ilə Beyonce, 79.5 milyon izləyicisi ilə Kylie Jenner və 68.9 milyon izləyicisi ilə Kendall Jenner.

2016 ilinin ən çox izlənilən 10 məşhur sıralamasındakı oğlan adlar isə 82.3 milyon izləyicisi ilə məşhur futbolçu Kristianu Ronaldo və 71 milyon izləyicisi ilə əkşn filmlərinin axtarılan adlarından olan Dvayne Johnsondur. 

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR