İbrahim Tatlısesin müğənni qızı Dilan Çıtaka evlilik təklifi olunub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bu təklifi il yarım sevgili olduğu Levent Dörterdən alıb.

Dostları ilə partidə olan Dilanı Levent ortaya çıxarıb və birdən üzük verərək: "Mənimlə evlənərsən? Yaxşı gündə də, pis gündə də həmişə bir-birimizin yanında bir ömür boyu olmaq arzusu ilə", - deyib.

Bu zaman şoka düşən Çıtak: "Hə", - deyərək razılıq verib.

Qeyd edək ki, İ.Tatlıses qızına Dörterlə münasibətini kəsməsini, onun ailəsinə yaraşmadığını söyləyib.

Tatlısesin qızı atasının bəyənmədiyi oğlana ərə gedir - fotolar + video

Tatlısesin qızı atasının bəyənmədiyi oğlana ərə gedir - fotolar + video