İranın Həmədan əyalətindəki aviabazanın Rusiya bombardmançıları tərəfindən istifadə olunması məsələsi gündəliyə daxil deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Tehranda İran Xarici İşlər Nazirlyinin nümayəndəsi Bəhram Qasımi deyib.

İran Rusiyaya Həmədandakı avibazadan istifadə etmək imkanı verə bilər
O qeyd edib ki, gələcək əməkdaşlıq konkret vəziyyətdən asılı ola bilər:

"İndi bu sahədə iki ölkə arasında problem mövcud deyil, amma zəruri tədbirlər əvvəlcədən görülməlidir".

Milli.Az