Müğənni Madonna bu gün İnstaqram səhifəsində himayə etdiyi qızı Mersi Ceymsin fotolarını paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 10 yaşlı qız gimnastika üzrə 4 medal qazanaraq anasını sevindirib.

Madonna Mersinin digər həmkarları ilə şəklini hesabında yerləşdirərək, altından: "İrəli, Ceyms", - yazıb.

Qeyd edək ki, ifaçı Mersini 2006-cı ildə Afrikaya, Malaviyə gedəndə götürüb saxlayıb. Qızın anası gənc yaşlarından dünyasını dəyişib.

Milli.Az

Madonnanın 10 yaşlı qızının uğuru - FOTO
Madonnanın 10 yaşlı qızının uğuru - FOTO
Madonnanın 10 yaşlı qızının uğuru - FOTO