Göyərtəsində ölkə prezidenti Pranab Kumar Mukercinin olduğu Hindistan Hərbi Hava Qüvvələrinin təyyarəsi uçuş zamanı yaranmış texniki problemlər səbəbindən Dehliyə geri dönməli olub.

Milli.Az report-a istinadən xəbər verir ki, konkret hansı nasazlıq olması barədə məlumat verilmir.
Prezident Hindistanın Tamilnad ştatının baş naziri Cayaram Cayalalitanın dünən ürəktutmasından vəfat etdiyi Çennaiyə uçurmuş.

Milli.Az