İslamçı yaraqlılar olduğu ehtimal edilən bir qrup naməlum şəxs Malinin mərkəzi hissəsində Niono şəhərində həbsxanaya hücum ediblər və bütün məhkumları azad ediblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Reuter agentliyi ordu nümayəndəsi Dyarran Koneyə istinadən xəbər verir.
Hücum bazar ertəsi gecə saatlarında baş verib. Həbsxanada neçə məhkumun olduğu barədə məlumat verilmir.
Milli.Az