FİFA 2016-2017 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin siyahısını açıqlayıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan referilərindən cəmi 3-ü yer alıb. Əliyar Ağayev yenə II qrupda qalıb. Halbuki AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov onun I kateqoriyaya yüksəldiyini açıqlamışdı.
Rəhim Həsənov da III kateqoriyada saxlanılıb. Yeni FİFA referisi Ömər Paşayev də təyinat almağa bu kateqoriyadan başlayacaq.

Qeyd edək ki, siyahıda beynəlxalq dərəcəli köməkçi-hakimlər qismində Mübariz Haşımov, Vaqif Musayev, Zeynal Zeynalov, Yaşar Abbasov, Namiq Hüseynov və Rza Məmmədov yer alıblar.

Milli.Az