Rusiyanın xarici işlər naziri Serger Lavrov Qərbin Şimali Atlantika İttifaqını (NATO) şərqə doğru genişləndirməmək barədə vədini xatırladıb.

Publika.az lenta.ru saytına istinadən xəbər verir ki, Lavrov bu haqda ATƏT-ə üzv ölkələrdən olan həmkarları ilə görüşdə bildirib.

“Mən öz həmkarlarıma məxfilikdən çıxarılan sənədləri verdim. Helmut Kol (Almaniyanın keçmiş kansleri –red.) və Mixail Qorbaçov (SSRİ-nin son rəhbəri –red.) danışırdılar ki, NATO-nun Şərqə heç bir irəliləyişi olmayacaq və xüsusən NATO-nun hərbi infrastrukturu bizim ölkəmizin sərhədlərinə yaxınlaşmayacaq”, - Lavrov deyib.

O qeyd edib ki, danışıqlarda SSRİ prezidenti və Almaniya kanslerindən başqa SSRİ-nin xarici işlər naziri Eduard Şevernadze, onun Almaniyadan olan həmkarı Hans-Ditrix Qenşer, ABŞ-ın dövlət katibi Ceyms Beyker və Fransa prezidenti Fransua Mitteran iştirak edirdilər.

Rusiyalı nazir şikayətlənib ki, NATO ABŞ prezidenti Barak Obamanın mandatının sonuna qədər Çernaqoriyanı sıralarına qatmaq istəyir.

Oktyabrın 17-də Çernaqoriyanın baş naziri Milo Cukanoviç bildirib ki, onun ölkəsi bir neçə ay ərzində NATO-ya qoşulacaq.

Ömər Dağlı