Ərəb şeyxləri azərbaycanlı qızlarla niyə evlənir? – SİRLİ MƏQAMLAR
Paylaş
1,033 baxış·5 dəq oxu
Bu həftə ən çox müzakirə olunan məsələ azərbaycanlı
gimnast, beynəlxalq dərəcəli idman ustası olan Zeynəb Cavadlının
ərəb şeyxinə ərə getməsi oldu. Oxucular həm oxudu, həm də müzakirə
etdi.
Ərəb şeyxi azərbaycanlı gimnastla evləndi - FOTO
Onun “Əl-Şabab” adlı şəxsi futbol klubu, beynəlxalq dərəcəli at yarışlarında iştirak etmək üçün nəzərdə tutulan qaçış atları kolleksiyası var.
Məsələnin bir neçə tərəfi var: Birincisi, söhbət ərəb şeyxindən
gedir, hansı ki, ilk ağıla gələn fikir qızın ona məhz puluna görə
getdiyi ilə bağlıdır. İkincisi, bu şeyxin Zeynəbdən öncə daha bir
azərbaycanlı arvadı var. Üçüncüsü də, biz ailə məsələlərini
oxumağı, müzakirə etməyi çox sevirik. Vəssalam, bütün müzakirələrin
kökündə bunlar dayanır. Bunu ona görə deyirəm ki, idman ustamız
Birləşmiş Ərəb Əmirliklərində oturub ağlayır. İstəmir ki, onu
müzakirə etsinlər.
Şeyxə ərə gedən azərbaycanlı qız hamını KÖVRƏLTDİ: "Siz bunu edəndə mən..."
Gimnastın bu barədə yazdığı fikirlərii olduğu kimi təqdim edirik.
Amma buna görə inciməyə dəyməz. Yenə deyirəm ki, bizim əsas
məsələmiz ailə məsələlərini müzakirə etməkdir, xüsusilə bu ailə
tanınmış birisidirsə... Zeynəb, sən də daha narahat olma. Cəmi bir
həftəlik idi, külək kimi əsib keçdi.
Öz aramızdır, bu şeyx də yaman adamdır. Bir az onun var-dövlətindən
danışmaq istəyirəm. Axı mən də Aydan gəlməmişəm, sizlərdən biriyəm.
Deməli bunun üç arvadı var. “Təzə gəlini” hamı tanıyır. Digər
ikisinin biri ərəb, o biri də azərbaycanlıdır. Azərbaycanlının adı
Nataşa Əliyevadır. Minskdə restoranda işləyirmiş, bir gün bu şeyx
restorana gəlir, onu görür və evlənir. Daha sevib-sevmədiyini deyə
bilmərəm. Amma reallıq budur ki, iki azərbaycanlı xanım Birləşmiş
Ərəb Əmirliyinin elitasında yer alıb. Yəqin ki, şeyxin adı da sizin
üçün maraqlıdır. Amma yazmıram, çünki o qədər uzun adı var ki,
yazsam, gərək digər məsələləri unudaq. Ən yaxşısını siz özünüz
oxuyun.
İki gün sonra Ankaranı partladacaqlar – ŞOK PLAN
“Mümkün hücum 7” adlanan sənəddə İŞİD-in Ankarada terror aktı törədəcəyi deyilir.
Söhbət ailə məsələsindən düşmüşkən, sizi bəzi məsləhətlərdən
xəbərdar edim. Rus psixoloq və psixoterapevt Litvak Mixail
Yefimoviç ailədə seks münasibətləri haqqında tövsiyələr verib.
Xüsusən də cütlüyün seks istəkləri üst-üstə düşmürsə, nələr etmək
lazım olduğunu bir-bir sadalayır.
Ərlə arvadın seks istəyi üst-üstə düşmürsə nə etməli? - TÖVSİYƏLƏR
Əgər kişi və qadının cinsi istəyi üst-üstə düşmürsə nə etməli?
Zalımın oğlu elə danışır ki, guya hər gün bu işlə məşğuldur.
Haqqında araşdırma apardım. Nə az, nə çox, düz 78 yaşı var. Hitleri
hakimiyyətdə görənlərdəndir. Uşaqlığı da II Dünya Müharibəsinin
aclıq dövrünə düşüb.
Bizim bölgələrin birində keçirilən toyda baş verənlər isə II Dünya
Müharibəsində Moskva uğrunda döyüşlərdən daha dəhşətli olub. Belə
ki, dekabrın 7-dən 8-nə keçən gecə, saat 01:30-da İmişli rayonunun
səmasında güclü işıqlar görünür, atəş səsləri eşidilib. Hər kəs
müharibə olduğunu düşünsə də, aydın olub ki, bu səs-küy toyu olan
bəyin işidir. Yəqin atəşfəşanlıq edərək, hər kəsə evləndiyini xəbər
verirmiş.
Azərbaycanda görünməmiş toy - VİDEO
Gecə yarısı keçirilən atəşfəşanlıq şəhər əhalisini yuxudan oyadıb.
Əslində, o bəyə də, elə toy edən hər kəsə təşəkkür etməliyik. Çünki
nəhayət ki, ölkəmiz dünya ölkələri arasında birinci yerə çıxdı.
BMT-nin Əhali Fondunun (UNFPA) yeni açıqlanmış hesabatına
əsasən, Azərbaycan toylara çəkilən xərclər üzrə dünya
lideridir.
Azərbaycan dünya LİDERİ OLDU: Gülək, yoxsa ağlayaq?
BMT-nin Əhali Fondunun (UNFPA) yeni açıqlanmış hesabatına əsasən, Azərbaycan dünya lideridir.
Daha nə dərdimiz ola bilər ki?! Ölmədik, bunu da gördük. Amma bir
xəbəri oxuyandan sonra hamıdan tez ölmək istədim, güman ki,
oxucular da bununla razılaşar.
2030-cu ilə qədər 3 milyard insan susuz qalacaq. Alimlər belə
deyir. Bizim Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru,
aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev də deyir ki,
Azərbaycanda su mənbələri azalır.
Qorxunc XƏBƏRDARLIQ: 3 milyard insan...
3 milyard insan təhlükədə
Daha yaşamağın nə mənası. Putin də Qafqaza ordu yeridir, sabaha
ümidlər azalmaqdadır.
ABŞ Suriyadakı müttəfiqlərini silahdırmaq niyyətini rəsmi şəkildə ortaya qoyub.
Sabah da Ankaranı bombalayacaqlar. Birisi gün nələrin olacağını heç
düşünmək belə istəmirəm.
İki gün sonra Ankaranı partladacaqlar – ŞOK PLAN
“Mümkün hücum 7” adlanan sənəddə İŞİD-in Ankarada terror aktı törədəcəyi deyilir.
Zeynəb Cavadlı da bizi qınayır ki, məgər hər şeyi jurnalistlər
şişirdirmiş.
Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast JURNALİSTLƏRƏ MÜRACİƏT ETDİ
Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnastdan mətbuata müraciət
Biz nəyin hayında, Zeynəb nəyin: Biz evdə istiliyi 50 faiz
artırmağın yollarını axtarırıq ki, qışı necə çıxaq.
Evdə istiliyi 50 faiz artırmağın YOLU - VİDEO
Azərbaycanın Çaplinini tapmaq üçün dünəndən bəri yatmamışıq,
həyatımızı “Çaplin, yoxsa Mikki” müzakirələrinə sərf etmişik ki,
böhrandan necə xilas olaq.
Sizə Çaplin lazımdır, yoxsa Mikki? - Böhrandan xilas üçün bunları bilməlisiniz
Qarşıda uzun bir yol var. İtmiş ümidləri geri qaytarmaq lazımdır.
Bu Zeynəb də deyir ki, mənə niyə xeyir-dua vermirsiniz. Allah
xoşbəxt eləsin, verdik, get. Amma getmişkən, axşam o ərəbləri başa
sal ki, neftin hasilatını dondursunlar. Bazarda qiymət bir az
artsın, biz də ağ günə çıxaq. Milyonlarla insan gözünü ona dikib.
Çalış, nəsə elə...
Son olaraq bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm: Ərəb
şeyxləri son zamanlar Azərbaycana tez-tez gəlirlər. Deyəsən,
ölkəmiz yaman xoşlarına gəlib? Amma insan fikirləşməyə bilmir.
Bunlar azərbaycanlı xanımlarla ailə qurub nəyə nail olmaq
istəyirlər?!