Cəfərinin orqanizimizə xeyiri hədsiz çoxdur. Kalsium, dəmir, fosfor və C vitamini ilə zəngin olan cəfəri qan dövranını sürətləndirir.
Publika.az xəbər verir ki, bu göyərti kişi və qadında cinsi
istəyi artırır.
Cəfərinin insan orqanizimə faydaları:
1. Bağırsaqları işlədir və həzmi asanlaşdırır. Sidikqovucu
xüsusiyyəti ilə bədəni və qanı təmizləyir.
2. Qəbizliyin qarşısını alır. Mədə və bağırsaq qazlarını aradan
qaldırır.
3. İştah açır.
4. Qızdırmanı aşağı salır.
5. Gözləri qüvvətləndirir. Diş ətini möhkəmləndirir.
6. Qan azlığına qarşı çox faydalıdır. Halsızlığı aradan
qaldırır.
7. Yüksək təzyiqi aşağı salır. Ürək və damar xəstəlikləri ilə
xərçəngə qarşı qoruyucudur.
8. Qaraciyər xəstəlikləri ilə revmatizm, selülit və ekzemaya qarşı
xeyirlidir.
9. Menustrasiya dövrünü nizamlayır.
10. Dəriyə canlılıq bəxş edir və saçları canlandırır.