"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, Rusiya hərbi təyyarələri gecə boyu yaraqlıların mövqelərinə, karvanlarına və anbarlarına 64 hava zərbəsi endirib. Nəticədə 11 tank və piyadaların döyüş maşını, iriçaplı pulemyotla təchiz edilmiş 31 avtomobil və 300-dən çox terrorçu məhv edilib.