"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Elnur Şıxalıyev küçə ilə gedərkən iki naməlum şəxsin hücumuna məruz qalıb. Ondan pul tələb edən şəxslər E.Şıxalıyevin əllərinə bir neçə bıçaq zərbəsi vurub. Bundan sonra onun əlində olan 800 manat pulunu aparıblar. E.Şıxalıyev evdə tibbi yardım alıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.