ATV-kanalında yaxın günlərdə yayıma başlayacaq "Aşk ve qurur" serialı ilə bağlı yeni məlumatlar yayılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Jane Austenin eyniadlı əsəri əsasında lentə alınan ekran işində baş rolları Mert Fırat və Damla Sönmez canlandıracaq.

Serialın aktyor heyətinə Alper Saldıran da daxil olub. Alper tamaşaçılara "Melekler korusun", "Beni böyle sev" kimi seriallardan tanışdır.

Yaradıcı heyət Hülya Avşara da ekran işində çəkilməyi təklif edib. Amma aktrisa yeni şousunun başlayacağını deyərək, razılaşmayıb.