ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 21-də Qazax rayonu istiqamətində Azərbaycanın Ermənistan ilə dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq keçirəcəklər.

Milli.Az