Ankarada Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsi
ilə 900 il öncə mövcud olmuş haşhaşilər təriqətinin sui-qəsd metodu
eynidir.
Publika.az xəbər verir ki, bu barədə “Yeni Şafak”
qəzetinin yazarı Mehmet Acet çıxış edib.
Türkiyəli yazar qeyd edib ki, ingilis dilində sui-qəsd mənasını
verən “assassination” sözü ərəb dilində “haşhaşin” ifadəsindən
törəyib.
“Bu kəlmənin 900 illik tarixi var. Haşhaşilər orta əsrlərdə İslam
dünyasına qan qusduran, bütün mübarizəsini müsəlmanlara qarşı
aparan, Böyük Səlcuq Dövlətinə zərbələr vuran təriqətdir. 200 illik
mövcudluqdan sonra Monqol istilaları ilə məhv edilib. Rusiya
səfirinin qətlində bu təriqətin metodu istifadə olundu. Qatil polis
kimi davranır, üz ifadəsi, duruşu, paltarı heç bir şübhə oyatmırdı.
Qəfil silahını çıxartdı və səfiri öldürdü. Burada haşhaşilərlə
ortaq nöqtə budur: haşhaşilər sui-qəsdi yerinə yetirəndən sonra
özlərini öldürmürdülər. Gözləyirdilər ki, başqası gəlib onları
öldürsün. Yəni bu, PKK, yaxud İŞİD-in intihar hücumlarından
fərqlənir. Rus səfirini öldürən qatil də özünü öldürmədi, gözlədi
ki, başqası onu öldürsün”, - deyə o bildirib.
Yazar qatilin FETÖ-yə yaxınlığına diqqət çəkərək, qeyd edib ki,
Fətullah Gülən təşkilatı ilə haşhaşilər təriqəti arasında
bənzərliklər mövcuddur.
Asif