Ən uzun gecənin səhəri - Çox diqqətli olun

Ən uzun gecənin səhəri - Çox diqqətli olun
16:32 21 Dekabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Qış saatına keçidin tətbiq edilməməsi gün işığından kifayət qədər faydalanmağa imkan vermir. Qaranlıq insan psixologiyasına mənfi təsir edir. İlin ən uzun gecəsi isə maddələr mübadiləsi baxımından mənfi hallar yaradır. Hətta insanların özünü bədbəxt hiss etməsinə də səbəb olur. Elə isə, bu mənfi hislərdən necə azad olmaq mümkündür?

Milli.Az lent.az-a istinadən bildirir ki, türkiyəli həkim Funda Şensoy qış boyu yeyilən qoz, C vitamini və ədviyyatların insanlara xoşbəxtlik bəxş etdiyini deyib. O, bu qidaların depressiyanın öhdəsindən gəldiyini iddia edir.

Mütəxəssis deyib ki, qoz ilə alınan yüksək miqdarda omeqa-3 yağ turşusunun depressiyanı azaltdığına dair bir çox elmi araşdırmalar var: "Qoz ehtiva etdiyi melatonin hormonuyla yuxu nizamsızlığının öhdəsindən gəlir, antioksidan xüsusiyyəti ilə qış aylarında xəstəliklərdən qorunmağı  təmin edir. Ədviyyatlar isə ehtiva etdikləri maqnezium nisbətiylə depressiya zamanı tez-tez müşahidə edilən gün ərzində əsəb gərginliklərinin qarşısını alır. Məsələn, 1 yemək qaşığı qurudulmuş keşniş tozu gündəlik maqnezium ehtiyacının təxminən 3 faizini qarşılayır".

Bununla yanaşı, nanə, adaçayı və reyhan maqnezium baxımından zəngin ədviyyatlardır. C vitamini çatışmazlığının isə bəzi depressiya hallarının qaynağı olduğu sübut edilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/501045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR