Bakıda avtobus piyadanı vuraraq öldürüb - FOTO

Bakıda avtobus piyadanı vuraraq öldürüb - FOTO
09:05 22 Dekabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində baş verib.

132 saylı marşrut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən "Daewoo" markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən piyadanı vurub. Hələlik şəxsiyyəti məlum olmayan kişi piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Hadisə şahidləri piyadanı xəstəxanaya çatdırmağa çalışsalar da, artıq gec olub.
 
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/501149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR