x
Loading...

ABŞ-da Azərbaycana dair sənədli filmlərdən ibarət DVD disklər toplusu hazırlanıb

ABŞ-da Azərbaycana dair sənədli filmlərdən ibarət DVD disklər toplusu hazırlanıb
10:22 22 Dekabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyilə bu şəhərdə Azərbaycana dair sənədli filmlərdən ibarət DVD disklər toplusu buraxılıb.
Baş konsulluqdan "Report"a verilən məlumata görə, “Azərbaycan İnciləri” adlı topluya 5 sənədli film daxil edilib. 
Bunlar "Azərbaycan: Ümid və İlham Yurdu", "Bakı: Xəzərin Mirvarisi", "Azərbaycanın Müsəlman və Xristian Kəndləri", "Azərbaycan Yəhudiləri: Müsəlman-Yüəhudi Birgə Yaşayışının Nümunəsi" və "Azərbaycanın Mədəni və Təbii Tarixi" ekran əsəridir. 
Filmlərin çəkilişi və istehsalı Los-Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkənin multikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır.
DVD disklər toplusunda istifadə olunan filmlərin əsas süjet xətti Azərbaycanın özünəməxsus və təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiətilə ölkənin tarixi-mədəni irsinə, eləcə də füsunkar təbiətinə vizual səyahət edir. Filmlərin professional quruluşu və rəngarəng kadrları ABŞ tamaşaçısında Azərbaycana güclü maraq və rəğbət hissi oyada bilir.
Disklər toplusunun ABŞ-da geniş şəkildə yayılması nəzərdə tutulub. Sözügedən filmlər artıq Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/abs-da-azerbaycana-dair-senedli-filmlerden-ibaret-dvd-diskler-toplusu-hazirlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR