Həyatda hər kəs öz yarını axtarır və həmişə onunla
xoşbəxt həyatın xəyallarını qurur. Lakin həmişə hər kəsin bəxti
gətirmir.
Publika.az bu dəfə bəşər tarixində öz izini qoyan,
amma el dili ilə desək, “arvad sarıdan bəxti gətirməyən” 5 kişinin
taleyi haqqında məlumat verəcək.
III Ramses
Qədim Misirin fironun arvadı Teya hərəmxanadakı qızlardan biri idi.
Ondan Pentaveru adlı bir oğlu olmuşdu. Arvadı oğlunun varis
göstərilmədiyi üçün firondan qisas almaq qərarına gəlir və ona
qarşı sui-qəsd təşkil edir. Həmçinin, fironun qanuni varisini də
aradan götürməyi planlaşdırır.
Sui-qəsdçilər fironun öldürülməsi üçün saray sehrbazını işə cəlb
edərək, qara magiyadan istifadə etdilər. III Ramses isə fövqəltəbi
səbəblərdən ölmədi. Onun boğazını kəsərək öldürdülər. Lakin Teya və
cinayətkar yoldaşları planın birinci hissəsini həyata keçirməyi
bacardı. Onlar qanuni varisi öldürə bilmədilər. Fironun taxtına
qanuni varis çıxdı və cinayətdə iştirak edən hər kəsi həbs
etdirdi.
Sokrat
Qərb fəlsəfəsinin banisi mürəkkəb ailə vəziyyəti ilə də tarixə
düşüb. Onun arvadı Kantipes deyingənliyi ilə ərini bezdirmişdi.
Birincisi, Sokratla arvadı arasında təxminən 40 yaş fərq var
idi.
İkincisi, Sokratın fəlsəfi söhbətləri arvadını qıcıqlandırırdı.
Üçüncüsü, bəzi mənbələrə görə, Sokratın başqa qadını olub.
İddialara görə, məşhur filosofun sevgilisinin adı Mirto idi.
Kantipes isə sözün əsil mənasında Sokratın başını dəng etmişdi.
Dante
“İlahi komediya”nın müəllifi, məhşur italyan şairi Dante Beatriçə
olan sevgisi ilə də məşhurlaşmışdı. Amma o, sevgilisinə qovuşa
bilmədi. Valideynləri onu nüfuzlu ailədən olan Cemma ilə
evləndirdilər.
Cemmanın 12 il ailə həyatı dövründə Dantedən 4 uşağı oldu. Lakin məhşur şair əsərlərində bircə dəfə də arvadının adını çəkməyib.
Beatriç isə onun ilham qaynağı idi. 1302-ci ildə Florensiyadan
qovulan Dantenin Cemma ilə də bağlantıları qopdu. Məlumatlara görə,
Cemma Dantedən qisas almaq üçün onun təqib olunmasında iştirak
etmişdi.
Vasiliy Rozanov
Rusiyalı yazıçı və filosof Rozanov 24 il Dostoyeviskinin məşuqəsi olan 40 yaşlı Apollinariya Suslova ilə evləndi. Rozanov bu xanımla hələ gimnaziyanın üçüncü kursunda oxuyarkən tanış olaraq evlənmişdi.
Apollinariya ərini daim alçaldır, onun yaradıcılığını məsxərəyə qoyurdu. Qalmaqallı həyatlarından sonra arvadı Rozanovu atdı. Ondan sonra yazıçı sadə qadın olan Varvara Butyaqinlə tanış oldu.
Bu qızdan çox xoşu gəlmişdi və onunla evlənməyə qərar verdi.
Lakin Suslova onunla rəsmi şəkildə boşanmaqdan imtina etdi. Buna
görə də Rozanov Varvara ilə gizli nikaha girdi.
Nikolay Rubtsov
XX əsrin ikinci yarısında ən istedadlı rus şairələrindən biri 35
yaşında öldü.
O, intihar etmədi, onu nişanlısı boğdu. Gənc şair Lyudmila Qranoviski ilə Ədəbi İnstitutun yataqxanasında tanış olmuşdu. 1971-ci il yanvarın 8-də onlar rəsmi nikaha girmək üçün sənədlərini təqdim etdilər. Mərasim fevralın 19-da olmalı idi. Yanvarın 19-da gecə Rubtsovun mənzilində uzun sürən qonaqlıqdan sonra nişanlılar tək qaldı. Onlar dalaşdılar. Bu dava şairin ölümü ilə nəticələndi.
Qadın polisə ifadəsində hadisəni belə təsvir edirdi: “Mənə laqeyd idi, düşünürdüm evlənəndən sonra necə olacaq. Dava etdik və mən şirəçəkənlə onu vurdum, sonra da boğdum”.
Nəriman