x
Loading...

Azərbaycana gələn ailələrin dayələrinə viza verilməsində YENİLİK

Azərbaycana gələn ailələrin dayələrinə viza verilməsində YENİLİK
14:32 22 Dekabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Xaricdən Azərbaycana gələn ailələrin dayə-qulluqçuları üçün sadələşdirilmiş viza prosesi tətbiq oluna bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə bildirilir.

Sənəddə qeyd olunur ki, Azərbaycana dayə-qulluqçuları ilə birgə səyahət edən ailələr (əsasən Yaxın Şərq ölkələrindən) üçün qeyri-millətlərdən olan həmin dayə-qulluqçulara tətbiq edilən viza proseslərinin sadələşdirilməsi imkanı nəzərdən keçiriləcək.

Bununla əlaqədar olaraq, əgər həmin şəxslərin işlədikləri ölkədə müvafiq iş icazəsi varsa, Azərbaycanda həmin işçilər üçün hava limanında viza verilməsi məsələsinə baxılacaq. Təhlillər nəticəsində əldə olunan tövsiyələrə uyğun olaraq, müvafiq dövlət orqanları ölkələrə aid zəruri dəyişiklikləri tətbiq edəcək. Nəticələr Xarici İşlər Nazirliyinin internet səhifəsi, qəzetlər və digər kanallar vasitəsilə dərc olunacaq, rəsmi kütləvi informasiya vasitələrində aidiyyəti ölkələrə çatdırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR