"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
10:03 23 Dekabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni təqvim ili ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq.

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2017-ci il ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Sərnişin qatarlarına bilet satışı 10 gün əvvəldən, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/180982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR