Rauf Əliyev Uşaq-Gənclər Futbol Federasiyasının yeni prezidenti seçildi

Rauf Əliyev Uşaq-Gənclər Futbol Federasiyasının yeni prezidenti seçildi
14:32 23 Dekabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Gənclər və İdman Nazirliyində Uşaq-Gənclər Futbol Federasiyasına yeni prezident seçkisi keçirilib.

Nazirlikdən Milli.Az-a bildiriblər ki, seçkidə nazir Azad Rəhimov, nazir muavini İsmayıl İsmayılov, şöbə müdiri Fərid Mansurov, Milli Məclisin deputatı Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və digərləri iştirak ediblər.

Tədbirdə nazir Azad Rəhimov ölkədə uşaq futbolunun inkişafının önəmindən danışaraq qeyd edib ki, ölkədə yeniyetmələr və gənclər arasında bu idman növünə maraq hər zaman yüksəkdir. Bu səbəbdən uşaq futbolunun inkişafı önəmli rol oynayır.

Daha sonra səsvermə nəticesində Milli Məclisin deputatı Rauf Əliyev Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti secilib.

Zəfər Tağı

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR