Ukraynadan Braziliyayadək...

Ukraynadan Braziliyayadək...
09:37 24 Dekabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında çıxış edən klublarda mövsümün ilk yarısında cəmi 53 legioner statuslu futbolçu meydana çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,14 turun 56 qarşılaşmasında iştirak edən 178 futbolçudan 113-ü yerli, 12-si isə milliləşən əcnəbi olub.

Rusiyadan 9, Almaniyadan 2, Ukraynadan 1 legionerin milliləşdiyini nəzərə almasaq, çempionatda 25 ölkədən olan gəlmələr çıxış edib. Belə ki, 53 legioner dünyanın 25 müxtəlif ölkəsini təmsil edib.
 
Onlar arasında Braziliya aşkar üstünlüyə malikdir - 10 oyunçu. Balkan təmsilçilərindən Serbiya 5, Xorvatiya 4 legionerlə Premyer Liqada təmsil olunub.
 
Milliləşənləri də nəzərə alsaq, Rusiya 12 futbolçu ilə Braziliyanı da arxada qoyub. Ukrayna isə Xorvatiya kimi 4-ə çatıb. Yalnız orada yaşayan türklərin milliləşməsi sayəsində çempionatımıza oyunçu verən Almaniya bu yolla 26-cı ölkəyə çevrilir.
 
Siyahıda diqqət çəkən bəzi məqamları qeyd edək. Bir müddət əvvələdək Azərbaycan klublarındakı təmsilçi sayı ilə ön sıralarda olan Ukrayna, Gürcüstan, Nigeriya kimi ölkələr mövqelərini xeyli əldən verib. Moldova, Bolqarıstan, qonşu Türkiyə kimi ölkələr isə ümumiyyətlə artıq klublarımıza oyunçu verməyib.

1

Braziliya

10

2

Serbiya

5

3

Xorvatiya

4

4

Gürcüstan

3

 

Rusiya

3

 

Ukrayna

3

7-12

Albaniya

2

 

İran

2

 

İspaniya

2

 

Makedoniya

2

 

Portuqaliya

2

 

Rumıniya

2

13-25

ABŞ

1

 

Bosniya və Herseqovina

1

 

CAR

1

 

Çin

1

 

Estoniya

1

 

Fransa

1

 

Kamerun

1

 

Liberiya

1

 

Litva

1

 

Mərakeş

1

 

Nigeriya

1

 

Paraqvay

1

 

Venesuela

1

 

Cəmi

53

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR