Ötən gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən "Tu-154" tipli təyyarəsi haqda məlumat vermişdik.

Milli.Az xəbər verir ki, Rusiyanın NTV telekanalında səs rejissoru vəzifəsində çalışmış, dünyasını dəyişən Yevgeni Tolstov təyyarə Moskvada olarkən - Çakalovski hava limanından qalxmadan öncə Facebook hesabından təyyarənin fotosunu paylaşıb.

Rusiyanın "Russia Today" nəşri də Suriyanın Lazkiye şəhərindəki rus bazasına getmək üzrə havalandıqdan qısa bir müddət sonra Qara dənizə düşən Tu-154 tipli təyyarənin görüntülərini yayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayıb. Dənizə düşən təyyarədə, böyük ehtimal ki, sağ qalan olmayıb - 92 nəfərin dünyasın dəyişdiyi gümün edilir.

Təhməz Təkin
Milli.Az

Qara dənizə düşən Rusiya təyyarəsinin qəzadan öncəki FOTOsu yayıldı