Federal Təhlükəsizlik Xidməti (FTX) Qara dəniz üzərində Tu-154 təyyarəsinin qəzası üzrə dörd əsas versiyanı yoxlayır.
Publika.az xəbər verir ki, bu haqda SİTA agentliyinə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.
Bildirilib ki, laynerdə terror aktı və ya diversiyanı göstərən əlamətlər və faktlar hazırda qeydə alınmayıb.
Xatırladaq ki, göyərtəsində musiqiçilər, jurnalistlər və hərbçilərin olduğu təyyarə dünən Soçidən havaya qalxandan 7 dəqiqə sonra Qara dənizə düşüb. Qəza nəticəsində 84 sərnişin və ekipajın 8 üzvü olmaqla 92 nəfər həyatını itirib.
Ömər Dağlı