Müğənni və aktrisa Hülya Avşarın bacısı Helin Avşar 10 ay əvvəl ailə qurduğu Serhan Boradan rəsmi şəkildə boşanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sentyabrın 27-də boşanmaq üçün müraciət edən cütlük vəkilləri ilə birgə məhkəməyə qatılıblar. İki tərəfin də maddi və mənəvi təzminat tələb etmədiyi prosesdə Helin və Serhanın boşanmasına qərar verilib.

H.Avşar daha sonra jurnalislərə açıqlama verib:

"Tanış olub ailə qurmağımız 21 gündə oldu. Bir-birimizi çox yaxşı tanımadığımız üçün evdə anlaşılmazlıqlar yarandı. Sonradan ortaya çıxan xasiyyət, mədəniyyət fərqliliyi ayrılmağımıza səbəb oldu. Heç bir küsülülmüz yoxdur".