Türkiyəli müğənni və aktrisa Hülya Avşar Rəcəb Tayyib Ərdoğanın xahişi ilə aparcılıq edəcək.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Hülya Avşar iş adamı Fərhad Şahenkin rəhbəri olduğu “Star TV”-də veriliş aparacaq. İddialara görə, bu təklifi prezident Ərdoğan özü irəli sürüb. Hülya Avşar prezident Ərdoğanın istəyi ilə şənbə günləri efirə gedəcək axşam verilişinin hazırlıqlarına başlayıb.
Veriliş növbəti ildə başlayacaq, Hülyanın ilk qonağı isə prezident özü olacaq.
Aytən