Portuqaliya yığmasının rəhbəri Fernandu Santuş ən yaxşı məşqçi seçilib

İspaniyanın "Real" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu dünyanın ən yaxşı futbolçusu - "Globe Soccer Awards" mükafatına layiq görülüb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə mükafatın mətbuat xidmətinin məlumatında bildirilir.

Təqdimetmə mərasimi Dubay şəhərində baş tutub. "Real Madrid" ilin ən yaxşı klubu, 2016-cı ildə Avropa çempionu olan Portuqaliya futbol yığmasının baş məşqçisi Fernandu Santuş ən yaxşı məşqçi, ingilis Mark Klattenburq isə ən yaxşı hakim seçilib.

Bu mükafat 2010-cu ildə Avropa Futbol Agentləri Assosiasiyası və Avropa Klubları Assosiasiyası tərəfindən təsis edilib.

Milli.Az