Tarixi Şah Abbas məscidi təhlükə qarşısında - VİDEO

Tarixi Şah Abbas məscidi təhlükə qarşısında - VİDEO
14:27 6 Yanvar 2015
301 Sosial
Ölkə mətbuatı
A- A+

 
Şah Abbas məscidi 17-ci əsrin ikinci yarısında inşa edilib. Tarixi mənbələrə görə abidə 2-ci Şah Abbasın göstərişi ilə memar Şeyx Bahəddin Məhəmməd Amil tərəfindən tikilib. İlk görünüşlə Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədəki Şah Abbas məscidini xatırladan məscidin 1940-70-ci illərdə fəaliyyəti dayandırılıb. Və qədim abidədən təyinatı üzrə istifadə olunmayıb.
 
Müəllim Salman Ələsgərov: “Məscid əvvəlcə sovet hakimiyyəti vaxtında anbar kimi istifadə olundu. Kolxozun camaatının istehsal etdikləri məhsulu burada saxlayırdılar”.
Məscidin tikintisi zamanı möhkəm olması üçün çiy yumurtadan istifadə olunub. Ötən əsrdə məsciddə təmir işləri aparılıb. Lakin sonradan aparılan təmir işləri yarmıçıq qalıb.
 
Salman Ələsgərov:Baxımsızlıq üzündən məscid uçub dağıldı. Yadımda olandan məscid iki dəfə təmir edilib. Axırıncı dəfə 88-ci illər olardı təxminən o illərdə məscid təmir olundu. Tamamilə üst hissəsi, alt hissəsi isə qaldı”.
 
1982-ci ildən dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına daxil edilən məscidin hazırda bir hissəsi tamamilə uçub. Yaxın illərdə burada təmir işləri aparılmasa, tarixi abidə tamamilə dağıla bilər.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR