"Report" xəbər verir ki, bu barədə "Aktuálně" portalı yazıb.
"Polis göyərtəsində 162 sərnişin və 4 heyət üzvünün olduğu təyyarəni partladacağı ilə hədələyən şübhəli şəxsi zərərsizləşdirərək həbs edib. Daxili işlər naziri Milan Xovanetsin məlumatına görə, şübhəli şəxs Polşa vətəndaşıdır və hazırda dindirilir", - deyə məlumatda bildirilir.
Eyni zamanda qeyd olunur ki, bütün sərnişinlər hava gəmisindən sağ-salamat təxliyə olunub və Praqa mehmanxanalarına yerləşdirilib.