Müğənni Sərdar Ortaçın anası Nesrin Ortaç irlandiyalı gəlininə əsəbiləşib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2014-cü ildən bəri model Kloi Louqnan ilə evli olan müğənni dəfələrlə uşaq sahibi olmaq istədiyini bildirsə də, həyat yoldaşı onun bu arzusuna qarşı çıxıb.

Müğənninin anası isə bu barədə gəlininə öz iradını bildirib:

"Oğlumun 47 yaşı olacaq. Ata olmaq onun haqqıdır. İşini şəxsi həyatından üstün tutmağın məni də, oğlumu da narahat edir".

2017-ci ildə uşaq sahibi olmaq istədiyini bildirən Sərdar isə belə deyib:

"Bu il də övladımız olmasa bir qız, bir də oğlan uşağı övladlığa götürəcəyəm. İnşallah olar və buna gərək qalmaz".

Müğənninin anası gəlinindən gileyləndi