Müğənni Sərdar Ortaçın həyat yoldaşı Xloe Loughnan anası ilə birlikdə çəkdirdiyi fotosunu paylaşıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 23 yaşlı irlandiyalı modelin 40 yaşlı anası ilə olan şəkli izləyicilər tərəfindən təəccüblə qarşılanıb.

Xloenin “Anam” status ilə hesabında yerləşdirdiyi fotoya gələn şərhlər təxminən eyni olub:

“Məncə bacındır”, “Anan olması mümkün deyil, çox gəncdir”, “İnsanın inanmağı gəlmir” və sairə.

Qeyd edək ki, Sərdar və Xloe 2014-cü ildə ailə həyatı qurublar. Bir müddət əvvəl onların boşanacaqları iddia olunsa da, cütlük bunun yalan olduğunu bildirib.

Sərdarın xanımının paylaşdığı bu foto təəccübləndirdi