Müğənni Sərdar Ortaçın həyat yoldaşı Xloe Loughnan anası ilə birlikdə çəkdirdiyi fotosunu paylaşıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 23 yaşlı irlandiyalı modelin 40 yaşlı anası ilə olan şəkli izləyicilər tərəfindən təəccüblə qarşılanıb.
Xloenin "Anam" status ilə hesabında yerləşdirdiyi fotoya gələn şərhlər təxminən eyni olub:
"Məncə bacındır", "Anan olması mümkün deyil, çox gəncdir", "İnsanın inanmağı gəlmir" və sairə.
Qeyd edək ki, Sərdar və Xloe 2014-cü ildə ailə həyatı qurublar. Bir müddət əvvəl onların boşanacaqları iddia olunsa da, cütlük bunun yalan olduğunu bildirib.
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az