NATO-nun "AVAKS" təyyarəsi Baltik dənizinin cənubunda, Rusiya sərhədləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.
Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb. Qeyd edilir ki, Almaniyanın Qaylenkirxendəki NATO bazasından səmaya qalxmış təyyarə Kalininqrad vilayətinin cənubuna yaxınlaşıb. Təyyarənin Polşanın hava məkanında təxminən 9,5 min metrlik hündürlükdə Rusiya ərazisinin aktiv kəşfiyyatını apardığı bildirilir.
Daha əvvəl ABŞ-ın Hərbi Hava Qüvvələrinin strateji kəşfiyyat təyyarəsi "RC-135W" Baltik dənizinin cənubunda, Rusiyanın sərhədləri yaxınlığında kəşfiyyat uçuşu etmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində