14 yanvar Azərbaycanın görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu, Xalq artisti Tofiq Kazımovun doğum günüdür.
Publika.az bu münasibətlə dahi rejissorla bağlı yazını təqdim edir:
“60-cı illərdə Azərbaycan Milli Dram Teatrında Tofiq
Kazımovun rejissor qiyamı baş verdi. Sanki Allah onu uzun
illər həsrətində olduğu arzusuna çatdırmışdı. 1964-cü ildən
Akademik Dram Teatrına baş rejissor təyin edilən T.Kazımovun
üzərinə düşən tarixi bir missiya, onun sənətkar və vətəndaş
missiyası idi. Sanki taleyin hökmü ilə o, həmin ağırlığı şərəflə
daşımağa, yerinə yetirməyə məhkum edilmişdi”. Bu fikirlər
sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilovun
“Azərbaycan teatr mədəniyyətində Tofiq Kazımov imzası” adlı
yazısında qeyd olunub. İ.İsrafilov həmçinin Tofiq Kazımovun səhnəyə
gəldiyi illəri sovet dövrünün teatr tarixində oyanma dövrü
adlandırıb.
90 illik yubileyi keçirilən görkəmli rejissorun həmçinin
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaradılması, inkişafı
və formalaşması və milli mədəniyyətimizin inkişafında müstəsna
xidmətləri olub.
Tükənməyən arzuların yolçusu
Bakıda, kasıb bir ailədə dünyaya gözə açıb Tofiq Kazımov. Atası
Səməd Mənsur sərbəst düşüncəli, azad fikirli bir şair olub. Satirik
şerlərinə görə onu Sabirin davamçısı hesab edirmişlər. Səməd
Mən-sur həmçinin bir çox musiqi alətində ifa etməyi bacarır, dram
əsərləri yazır, musiqi bəstələyir və bir neçə dildə sərbəst danışa
bilirdi. Onun bu bacarığı qanla övladlarına da keçmişdi. Atası
dünyasını dəyişəndə Tofiqin 4 yaşı varmış. Həyatı nə qədər çətin
keçsə də, balaca Tofiq atasının incəsənətə olan marağını
xatırlayaraq böyüyüb. Belə anlarda ona elə gəlirdi ki, həmin
musiqiləri yenidən eşidir, şeirləri təzədən dinləyir. O, məhəllə
uşaqlarına qoşularaq küçədə səhnə qurar, onlara gələcəyin Nəsi-bə
Zeynalova, Mehdi Məmmədov kimi sənətkarları qoşulardı. Balaca
aktyorların ilk tamaşaçıları mə-həllə uşaqları olardı. Onların küçə
tamaşaları məşhurlaşdıqca tamaşaçılarının da sayı çoxalardı. Artıq
yaşlı adamlar da onların tamaşaçısına çevrilirdi.
Tofiq yeddiillik ümumtəhsil məktəbini bitirəndə səhnəyə
bitib-tükənməz istəyinin ardınca gedərək Bakı Teatr Texnikumuna
daxil olub. Görkəmli rejissor Aleksandr Tuqanovun tələbəsi olmaq
onun gələcək inkişafında mühüm rol oynayıb.
Böyük Vətən Müharibəsinin başlanması çoxları kimi gənc Tofiqin də
arzularının həyata keçməsinə mane olur. Yaşıdlarına qoşularaq Tofiq
də cəbhəyə yollanır. Döyüşlərin birində ağır yaralanır. Müali-cə
olunub sağalsa da, cəbhə üçün yararsız hesab olunduğundan Bakıya
qayıdır.
T.Kazımov yenidən yarımçıq qalan teatr arzularının ardınca getməyi
qərar verir. Bir müddət GTT-də aktyor işləməyə başlayır. "Məlik
Məmməd", "Ana" və s. tamaşalarda oynayır. Ancaq teatr təhsilini
Moskvada davam etdirmək istəyi ona bir an da rahatlıq vermir.
Anasının razılığı ilə Moskvaya gedir. Bəxti onda gətirir ki,
Ümumittifaq Teatr Sənəti İnstitutuna, Knebbelin rejisorluq kursuna
daxil olur. Oleq Tabakov, Oleq Yefremov, Yevgeni Vaxtanqov kimi
sənətkarlarla eyni kursda oxuması onun gələcək inkişafında mühüm
rol oynayır. Tofiq Kazımov gələcəyin böyük sənətkarlarına
çevriləcək bu insanlarla dostluq əlaqələrini sonralar da qoruyub
saxlayır.
Öz teatrını yaratmaq arzusu
Yeni ideyaları həyata keçirmək o qədər də asan deyildi. Gənc
rejissor özü də bunu başa düşürdü. Onu da dərk edirdi ki, məqsədə
çatmaq üçün gecə-gündüz çalışmaq, maneələri dəf etmək lazımdır.
Gənc rejissorda isə bu iradə və enerji vardı. Əlbəttə, onun novator
ideyalarına mane olmağa çalışan-lar da çox idi. Üzünə gülüb,
ayağının altını qazanlar ona hər cür pislik etməkdən çəkinmirdilər.
Mərd təbiəti, kimsəyə əyilməzliyi də özünə mane olurdu. Ancaq o,
dəyişə bilmirdi. Mərhum rejissor Məmmədkamal Kazımov danışırdı ki,
Tofiq Kazımovun "Azdrama"ya gəldiyi illər onun gözləri qar-şısında
baş verib: "Tofiq daha çox gənclərlə işləmək, onlar üçün meydan
açmaq istəyirdi. Həmişəki kimi estafeti əldən vermək istəməyən
qocaman aktyorlar ona mane olur, gənc rejissordan yuxarılara anonim
məktublar yazırdılar. Bu, yaradıcılıq enerjisi aşıb-daşan bir
rejissor üçün çox ağır mərhələ idi. Ancaq Tofiq Kazımov iradəsi ilə
bu mərhələni adlaya bildi. Üstəlik, Mehdi Məmmədov, Ədil
İsgən-dərov kimi rejissorlarla da onun fikirləri toqquşurdu.
Hərəsinin öz yolu vardı. Hamısı yenilik yarat-maq istəyirdi. Tofiq
Kazımov isə teatra avanqard teatr ideyaları ilə gəlmişdi".
Tofiq Kazımov ona mane olmağa çalışan aktyorların hərəkətini həmişə
təəccüblə qarşılayarmış: "Bil-mirəm, bu adamlar özlərini sevirlər,
yoxsa səhnəni? Səhnəni sevən insanlar onun gələcəyini də
fikir-ləşməlidirlər. Cavanlar qoca rolları oynaya bilərlər, bəs
qocalar necə cavan rollarını oynaya bilər?" Tofiq Kazımov səhnənin
gələcəyi üçün gənclərə meydan verib, yaşlıların təcrübəsindən
istifadə et-mək tərəfdarıydı.
Həmişə istedad axtarışında
Tofiq Kazımov həmişə istedad axtarışında olub. İncəsənət
İnstitutунda dərs dediyi üçün istedadlı gəncləri diqqətində
saxlayır, onlara qayğısını əsirgəmirdi. "Azdrama"nın baş rejissoru
işlədiyi vaxt-larda teatra çoxlu istedadlı gənclər cəlb edərək öz
teatrını yaratmağa nail olmuşdu. Şəfiqə Məmmə-dova, Həsənağa
Turabov, Fuad Poladov, Səməndər Rzayev, Hamlet Xanızadə, Amaliya
Pənahova, Yaşar Nuriyev kimi aktyorları teatra məhz Tofiq Kazımov
gətirmiş və bu aktyorlarla birlikdə Azər-baycan teatrını irəli
apara bilmişdi. Onun bu tələbələrlə işbirliyi sayəsində "Antonio və
Kleopatra", "Ölülər", "Dəli yığıncağı", "Hamlet" səviyyəli
tamaşalar səhnəyə qoyulmuşdu.
“T.Kazımov "Pəri cadu", "Qılınc və qələm" pyeslərinin üzərində
işləyəndə də niyyətində ardıcıl idi. Yadımdadır, məşhur Don Juan
haqqında tamaşa qoymaq arzusu ilə M.İbrahimova müraciət edib,
hazırlıq işindən tutmuş, ayrı-ayrı səhnələrin yazılmasını belə özü
edirdi. O, Tirso de Molinadan tutmuş Lesi Ukrainkaya, Molyerdən
M.Frişə qədər olan "Don Juan" müəlliflərinin əsərlərini tutuşdurur,
onlardan fərqli olan, daha aktual motivlər, orijinal vəziyyətlər
yaradırdı. Nəhayət, pyes hazır olanda müəllif kimi M.İbrahimovun
adı ilə yanaşı, T.Kazımovun adı da yazılsa idi, tam ədalətli iş
olardı. Yəqin ki, heç Mirzə müəllimin özü də buna etiraz etməzdi.
Lakin T.Kazımov istəmədi. Çünki məsələ onun adının müəlliflər
sırasına çıxmasında yox, teatrımızın repertuarına maraqlı bir
pyesin daxil olmasında idi. Həm də bu, onun dramaturqlarla apardığı
iş üsulu idi. Yəni o, Şekspirin də, M.F.Axundzadənin də,
C.Məmmədquluzadənin də, İ.Əfəndiyevin də, İ.Qasımovun da,
B.Vahabzadənin də əsərlərinin səhnə təcəssümü zamanı fəal
yaradıcılıq müdaxiləsini, konseptual araşdırmanı əsas tuturdu”-deyə
İ.İsrafilov görkəmli rejissorun yaradıcılıq fəaliyyətini analiz
edərək yazıb.
T.Kazımov Akademik teatrla yanaşı, başqa teatrların səhnəsində də
uğurlu tamaşalar hazırlayıb. Rus Dram Teatrında "Şəhərin səhəri"
pyesi böyük müvəffəqiyyətlə oynanılıb. T.Quliyevin "Qızıl
axtaran-lar" operettasına "Muskomediya"da quruluş verib. Naxçıvan
teatrında da bir neçə tamaşanın quru-luşçu rejissoru olub.
T.Kazımovun kino fəaliyyətində çəkdiyi filmlər çoxluq təşkil etməsə
də, həyatı-nın bu mərhələsi də maraqlı olub.
“T.Kazımovun yaradıcılıq yolunu izlədikcə, onun əməkdaşlıq etdiyi
dramaturgiya ən azı təəccüb doğurur”- deyən İ.İsrafilov rejissorun
yaradıcılığında Şekspir, M.F.Axundzadə, C.Məmmədquluzadə,
İ.Əfəndiyev, M.Qorki, M.İbrahimov, V.Hüqo, Ə.Haqverdiyev,
A.Vampilov, K.Qoldoni, B.Vahabzadə, İ.Qasımov kimi müəlliflərin
üstünlük təşkil etdiyini qeyd edib: “Və hər bir müəllifin öz ədəbi
fəzası, öz ruhu, öz bədii tələbləri. Amma bir məsələ var ki,
T.Kazımovun hər müəllifə fərdi əməkdaşlıq münasibəti olmuşdur.
Həmin müəlliflərin əsərlərinin səhnə təcəssümü belə bir qənaətə
gəlməyə imkan verir ki, T.Kazımov daxilən sevmədiyi əsərlə uğur
qazana bilməmişdir”.
Haqsızlıqlarla barışmaz
"Tofiq Kazımov hərtərəfli insan olub". Bu gün bu fikri onu həyatda
görənlərin, onunla ünsiyyətdə olanların hamısı təsdiqləyir. O,
musiqini, heykəltəraşlığı, rəssamlığı eyni dərəcədə sevirdi.
Təbiətcə romantik idi. İşdə nə qədər tələbkar və zəhmli idisə,
həyatda bir o qədər mülayim, həlim xasiyyətli idi. Tofiq Kazımov
dostluqda da sədaqətli olub. Say-seçmə dostları arasında Emin
Sabitoğlunu çox sevərmiş. Gənclik illərində Tofiq Quliyevlə dostluq
edərmiş.
Kinorejissor Eldar Quliyev də bu dostluğu yaxşı
xatırlayır: "Tez-tez evimizə gələrdi. Onların söh-bətlərinə maraqla
qulaq asardım. Mən bu söhbətlər əsnasında Tofiq Kazımovun çox
xeyirxah adam olduğunu görürdüm. Ona kömək üçün müraciət edən
kimsəni naümid qoymazdı".
Xalq artisti Fuad Poladov isə müəllimini “haqq
carçısı” adlandırır: "Tofiq Kazımov çox haqsızlıq görmüşdü.
Başqalarının sakit baxdığı bəzi məsələlərə o dözə bilmir, etirazını
bildirirdi. Cəmiyyətdə gördüyü haqsızlıqlarla barışmazlığını
tamaşalarında göstərirdi. Onun hər tamaşasında haqsızlığa qar-şı
bir üsyan vardı. Tofiq Kazımov bəzən onu düşündürən, narahat edən
fikirlərinə həmdəm də tap-mırdı”.
Mərhum Xalq artisti Yaşar Nuri sevimlindən söz
düşəndə həmişə deyirdi: “Yaradıcılıq prosesi onun üçün insan
cəmiyyəti və insanın yeni tərəflərini üzə çıxarmaq idi. Tofiq
müəllim hamıya qarşı tələbkar idi. Bunu bildiyimiz üçün heç vaxt
məşqlərə gecikməzdik. Məşqə kim gecikərdisə, qapıdan içəri keçməyə
cəsarət etmirdi. Onun dəmir intizamı var idi. Ona görə də məşqlərə
vaxtında və böyük həvəslə gələrdik. Bilirdik ki, bizi iş gözləyir.
Hər tamaşa sonradan teatr həyatında bir hadisəyə çevri-lirdi.
Tamaşalarda adam əlindən tərpənmək olmurdu. Demək olar ki, bircə
dənə də boş loja tapa bil-məzdin. Dramaturqlar, aktyorlar,
rəssamlar onunla işləməyi xoşlayırdılar. Tofiq Kazımov da
istedad-lı adamlarla işləməyi sevirdi”.
Görkəmli rejissor Tofiq Kazımov 57 yaşında dünyasını dəyişib. Ancaq
ömrünü sənətə həsr etdiyi illər ərzində milli teatr tarixinə qızıl
hərflərlə yazılan tamaşalar bəxş edib. İ.İsrafilovun dediyi kimi:
“Böyük novator T.Kazımovun rejissor ömrünün üçüncü zəngi, təxminən
60 il bundan əvvəl çalınsa da, yaşadığımız XXI əsrdə də
eşidilməkdədir”.
Təranə Məhərrəmova