Tatlısesdən təqdirəlayiq hərəkət

Tatlısesdən təqdirəlayiq hərəkət
14:06 16 Yanvar 2017
113 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İbrahim Tatlıses "En iyi ben söylerim" yarışmasında ifa olunacaq "Haydi söyle" mahnısı üçün qonorar almayacağını bildirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Tatlıses ona ödəniləcək məbləğin əvəzində ehtiyacı olan birinə əlil arabası verilməsini istəyib.

Verilişdə münsif kürsüsündə əyləşən müğənnilər Sərdar Ortaç və Kibariye, həmçinin aparıcı Çağla Şikel "İmperator"u bu davranışına görə alqışlayıb və təşəkkürlərini bildiriblər.

Belə ki, proqramın 3-cü bölümündə səsləndiriləcək "Haydi söyle" mahnısının qonorarı ehtiyacı olan fiziki əngəlli insanlar üçün xərclənəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR