x
Loading...

Xarici ölkə vətəndaşları SOCAR istiqrazlarını almağa başlayıb

Xarici ölkə vətəndaşları SOCAR istiqrazlarını almağa başlayıb
16:42 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazları xarici ölkə vətəndaşları da almağa başlayıblar. Bu barədə “Report”a “SOCAR Capital” şirkətindən bildirilib.
Məlumata görə, SOCAR-ın qiymətli kağızlarına ən çox maraq göstərən Azərbaycanla həmsərhəd olkələrin – Rusiya, Gürcüstan və Türkiyə vətəndaşlarıdır.
İstiqrazlara marağın artması onların qiymətinin yüksəlməsinə səbəb olub. Qiymətli kağızlar üzrə market-meyker xidməti göstərən “PSG Kapital” investisiya şirkətinin məlumatına görə, hazırda SOCAR istiqrazları 1 012 dollardan alınır, 1 015,5 dollardan satılır.
Qeyd edək ki, sabah ilk dəfə olaraq istiqrazlara görə rüblük faizlər ödəniləcək.
Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazlar 100 mln. dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə artıq olub. Oktyabrın 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/xarici-olke-vetendaslari-socar-istiqrazlarini-almaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR