"Report"un verdiyi xəbərə görə, 2016-cı ilin sonuna əsasən, müvəkkil kredit təşkilatları tərəfindən xidmət göstərilən yenidən maliyyələşdirilmiş aktiv kreditlərin sayı üzrə renkinqdə "Muğanbank" ASC birinci yeri tutub.
Qeyd edək ki, indiyədək ölkədə 741 325 449 manat məbləğində 18 162 ədəd ipoteka krediti verilib.