"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yanvarın 18-də MXN/USD nisbəti 22-ni keçib.
Pesonun ucuzlaşmasına səbəb maliyyə bazarlarının D.Trampın antimeksikan ritorikasından ehtiyat etməsidir. Bu, iİlk növbədə ABŞ, Kanada və Meksikanın daxil olduğu NAFTA sərbəst ticarət zonası anlaşmasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik cyaradır.
Maliyyə bazarları D. Trampın inauqurasiya mərasimindən sonra ABŞ-ın imzaladığı ticarət anlaşmalarını yenidən gözdən keçirəcəyini və bir sıra proteksionist qərarlar verərək qloballaşmanı əngəlləyən nəticələr əldə edəcəyini proqnozlaşdırırlar. Bu isə öz növbəsində qlobal ticarətin həcmini azaldaraq dünyadakı iqtisadi artımı zəiflədə bilər.